Choose the right journal or publisher for your research

Tədqiqat nəticələrinizin dünya ilə paylaşımı sizin elmi istiqamətinizin və karyeranızın inkişafının açarıdır. Lakin çoxsaylı nəşrlər mövcud olduğu halda siz necə əmin ola bilərsiniz ki, seçdiyiniz jurnal etibarlıdır? Tədqiqatınız üçün etibarlı jurnal seçdiyinizə əmin olmaq üçün aşağıdakı yoxlama siyahısını nəzərdən keçirə bilərsiniz.

Elmi tədqiqatınızı dərc olunması üçün təqdim etdiyiniz jurnal etibarlıdır?

Bu jurnal sizin tədqiqat sahənizə tam uyğundurmu?

  • Dünyada nəşrlərin sayı getdikcə artmaqdadır.
  • Hər həftə yeni jurnallar fəaliyyətə başlayır.
  • Həmçinin, naşirlərin qanunsuz fəaliyyəti və aldatma halları getdikcə artmaqdadır.
  • Məqalə dərc etdirmək üçün etibarlı jurnalın tapılması gündən-günə çətinləşir.

Sİz seçdiyiniz jurnalın tədqiqat sahənizə uyğun olduğundan necə əmin ola bilərsiniz?

Aşağıdakı sualları cavablandırmaqla seçdiyiniz jurnalın etibarlı olub-olmadığını yoxlaya bilərsiniz.

  • Siz və ya həmkarlarınız bu jurnalı tanıyırsınız?
      • – Əvvəllər həmin jurnalda hər hansı bir məqalə oxumusunuz?
      – Jurnalda ən son dərc edilmiş məqalələri əldə etmək mümkündür?
  • Nəşriyyatı asanlıqla müəyyənləşdirmək və onunla əlaqə yaratmaq mümkündür?
      • – Nəşriyyatın adı jurnalın veb saytında aydın şəkildə əks olunurmu?
      – Nəşriyyatla telefon nömrəsi, poçt və ya elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilirsiniz?
  • Jurnalın istifadə etdiyi qiymətləndirmə növü (rəy, resenziya) şəffafdırmı?
  • Jurnalın məqalələri sizin istifadə etdiyiniz elmi bazalarda həqiqətən indekslənirmi?
  • Tələb olunan ödənişin mahiyyəti sizə aydındırmı?
      • – Saytda ödənişin nə üçün tələb olunduğu və nə zaman həyata keçiri
      ləcəyi haqqında məlumat açıqlanırmı?
  • Redaksiya heyətini tanıyırsınızmı?
      • – Redaksiya heyətinin üzvləri haqqında eşitmisiniz?
      – Redaksiya heyətinin üzvləri öz veb səhifələrində jurnalın adına isnad verirlər?
  • Nəşriyyat tanınmış elmi cəmiyyətin üzvüdürmü?
      • – Nəşriyyatın redaksiya heyəti Nəşriyyat Etikası Komitəsinin (Committee on Publication Ethics, COPE) üzvüdürmü?
      • – Jurnal açıq girişlidirsə, onun adı Açıq Girişli Jurnalların Kataloqunda (Directory of Open Access Journals, DOAJ) əks olunurmu?
      • – Jurnal açıq girişlidirsə, onun nəşriyyatı Açıq Girişli Elmi Nəşriyyatların Assosiasiyasına (Open Access Scholarly Publishers’ Association, OASPA) daxildirmi?
      • – Jurnal bu platformaların hər hansında mövcuddurmu: INASP’s Journals Online (Banqladeş, Nepal, Şri-Lanka, Mərkəzi Amerika və Monqolustan) və ya African Journals Online (AJOL, Afrika jurnalları üçün)?
      – Nəşriyyat hər hansı ticarət assosiasiyasının üzvüdürmü?

Əgər siz sadalanan sualların əksəriyyətinə və ya hamısına “hə” cavabını verə bilirsinizsə.

Əgər siz sualların əksəriyyətinə və ya hamısına məmnunluqla “hə” cavabını verə bilirsinizsə, o zaman yoxlamanı tamamlayın və məqalənizi təqdim edin.

  • Əmin olmalısınız ki, seçdiyiniz jurnal həmkarlarınız arasında nüfuzunuzu qaldırmağa və çoxlu istinad qazanmağa səbəb olacaqdır.
  • Məqalənizin doğru jurnalda dərc olunması peşəkar imicinizin yüksəlməsinə və karyeranızın inkişaf etməsinə kömək edə bilər.
  • Məqaləniz elmi bazalarda indeksləşməli və ya arxivləşdirilməli və axtarış zamanı asanlıqla tapılmalıdır.
  • Məqalənizə rəy verildiyi və redaktə edildiyi nəşriyyatın peşəkar təcrübəsinə əmin olmalısınız.
  • Yalnız bundan sonra məqalənizi təqdim etməlisiniz.

Thanks to Firudin Asgarov, Rahila Hasanova at Institute of Information Technology of Azerbaijan National Academy of Sciences , for this translation.